- Baxış sayı: 227
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0
Ötən həftəsonu, Fransanın Korbey-Esson şəhərində “Souvenir Véronique DE KRISTOFFY” adlı beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, Marina Durunda bu yarışlarda bir dəfəyə 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent).
6-cı gümüş medalı o, komanda hesabında yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə, Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.
Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çex Respublikası) keçirilən gənclər arasında “Tart Cup” adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görüldü.