- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Makedoniya paytaxtı Skopyedə yeniyetmə güləşçilərin qitə birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə hər 3 növdə təmsil olunuruq. Yarışın proqramına əsasən, yunan-Romaçılar mayın 18-20-də xalça üzərinə çıxacaqlar.
Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər Fuad Alıyev və İslam Cəfərovun rəhbərliyi ilə məsul sınaqda ölkəmizi Qurban Qurbanov (45 kq), Nihad Quluzadə (48 kq), Həsrət Cəfərov (51 kq), Murad Abbasov (55 kq), Xanəhməd Zeynalov (60 kq), Ruslan Hədisov (65 kq), Allahverdi Əliyev (71 kq), Eldar Məmmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Sərxan Məmmədov (110 kq) təmsil edəcəklər.
Avropa çempionatı 12-14 oktyabrda Argentina paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına vəsiqə verəcək. “Klassiklər”də 45, 51, 60, 71 və 92 kq, “sərbəstlər”də 48, 55, 65, 80 və 110 kq-da çempionlar, qadın güləşində 43, 49, 57, 65 və 73 kq çəkilərdə finalçılar və 1 nəfər 3-cü yerin sahibi birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə maksimum 2 güləşçi ilə təmsil oluna bilər.