Bakı açıq şahmat festivalına son

Bakı idman sarayında bağlanışda FİDE-nin 100-illik yubileyinə yarışın icmalını əks etdirən videoçarx nümayiş olunub. Allsport.az saytı xəbər verir ki, çıxış edən Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov yarışın keçirilməsində dəstək olan qurumlara təşəkkür edib, turnirin özünəməxsus xüsusiyyətlərindən danışıb. AŞF rəhbəri “Baku open-2024” festivalının təşkil olunduğu Bakı idman sarayını təşəkkürnaməylə təltif edib. Mükafat arenanın direktor müavini Vüqar Tağıyevə təqdim olunub.

Sonra qaliblərin mükafatlandırılma mərasimi baş tutub. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov, federasiyanın 1-ci vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, icraiyyə komitəsinin üzvü Sərxan Həşimov, iqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli, AŞF-nin qadın və sosial komissiyasının rəhbəri Zeynəb Məmmədyarova təqdim edib.

Kişilərin mübarizəsində 4 şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə Sina Movahed (İran) çempion tituluna yiyələnib. Hindistanlılar Abhimanyu Puranik 2-ci, Mittal Aditya 3-cü yeri tutub. Azərbaycanlı zəka sahibləri arasında ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub.

Qadınlar arasında isə rusiyalı Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Növbəti yerlərdə qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) qərarlaşıb. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Festival çərçivəsində keçirilən veteranların Azərbaycan çempionatında İlqar Bacarani çempionluq sevinci yaşayıb. Fikrət Sideifzadə ikinci, Akif Vəlibəyov üçüncü yerə layiq görülüb.

Müxtəlif kateqoriyalarda Nurlan Qənizadə, Mədinə Eyvazova (hər ikisi 8 yaşlıların turnirində), Eldar Ağacanov, Məryəm Məmmədova (10 yaşlılar), Əhməd Hüseynov və Zəhra Allahverdi (12 yaşlılar) birinci yeri tutub və Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Həmin kateqoriyadan