- Baxış sayı: 138
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

28-30 iyunda “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarış Azərbaycan bilyard federasiyasının (ABF) təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi və “Pro Pool Station” klubunun ev sahibliyi ilə baş tutacaq.
Turnirin əsas məqsədi ölkəmizdə bilyard idman növünün inkişafına dəstək vermək, gənclər arasında bu idmana marağı artırmaq və peşəkar idmançılar üçün yarış təcrübəsi yaratmaqdır. Çempionatda ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edəcək və yüksək səviyyəli mübarizə gözlənilir.
Turnir ABF-nin illik yarış təqviminin bir hissəsidir və bu növ üzrə yerli səviyyədə keçirilən ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur.