- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Şahmat bəstəçiliyi üzrə dünya kubokunu qalibi və Bakı olimpiadasının qızıl medalçısı Kənan Vəlixanov Milli Olimpiya Komtəsinin yardılmasının 25 illiyinə skaxoqrafik əsər həsr edib. Allsport.az saytının məlumatına görə, skaxoqrafiya yunan sözü olaraq (scaho – şahmat , grapho – yazıram), şahmatla yazıram mənası verir. Bu elə bir şətrənc kompozisiyası növüdür ki, burada fiqurların düzlüşü, həriflər, rəqəmlər, əşyalar və s. əks etdirir.
Lakin bununla bərabər, hər bir məsələ və etüdün nəticəyə aparan yeganə yolu olmalıdır. Titullu bəstəçi bütün olimpiyaçılarımızı yubiley münasibəti ilə təbrik edib. Kənan Vəlixanovun sözünə görə, bütün dioqramlardakı hərif və rəqəmlərin hər biri bir məsələdir və hər bir məsələdə ağlar başlayır və qara şahı 2 gedişə mat edir. Məsələlərin həlli çox sadə olduğu üçün, bütün şahmat sevərlər həll edə bilərlər.