- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
FIDE qran-pri turnirinin Bakıda keçirilən ilk mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada şahmat xüsusi yer tutur.
Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov isə çıxışında Prezident İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq Bakının dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Federasiya rəsmisi Rusiyanın NTV kanalının aparıcıları və şahmat aləmində tanınan Sergey və Marina Makarıçevanın “Zirvəyə doğru” kitabının Azərbaycan dilinə tərcümə edildiyini söyləyib. Kitab yeniyetmə şahmatçılar üçün dərslik xatakteri daşıyacaq. Kitabın hazırlanmasında məşqçi Fikrət Sideyifzadənin və Təhsil Nazirliyinin rolu vurğulanıb.
Tədbirdə xatırlanıb ki, ilk dəfə 2008-ci ildə Azərbaycanda keçirilən Qran-Pri turniri unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatıb.
Sonra qaliblər mükafatlandırılıblar. Bildirilib ki, turnirdə birinci-ikinci yerləri 11 mümkün xaldan 6,5-ni toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Əlavə göstəricilərə görə Karuana turnirin qalibi elan edilib. Rusiya təmsilçisi Sergey Karyakin 3-cü yerlə kifayətlənib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov isə 4,5 xalla 9-cu olub.