- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bu gün Bakı şəhəri üzrə 2 №-li UGŞİM-də şahmat üzrə komanda çempionatı sona çatdı. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komanda tərkibində 40 nəfər (onlardan 9 nəfəri qızlardır) I dərəcəli şahmatçı iştirak etdib.
Baş hakim Fərid Zeynalovun rəhbərliyi ilə 7 turdan ibarət dairəvi sistem üzrə keçirilən yekun nəticəyə görə Səbail-1 14 (32) xalla I yeri, Nəsimi-1 10 (21) xalla II yeri, HİRŞDK komandaları 9 (19) xalla III yeri tutublar.
I yerə I lövhə üzrə 6,5 xalla Mustafin Andrey (Səbail – 1), II lövhə üzrə 6,5 xalla Əhmədzadə Əhməd (Səbail – 1), III lövhə üzrə 5,5 xalla İsmayılov Muhəmməd (Səbail – 1) sahib çıxıblar.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək, şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən bu tipli yarışların böyük rol oynadığını bildirmiş, qalibləri təbrik edib.
Sonda qalib komandaların üzvləri, həmçinin lövhələr üzrə I yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, xatirə hədiyyələri və kubokla təltif olunublar.