- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən ilin təşkilatçısı nominasiyasında “ZƏFƏR” yüksək idman nailiyyətləri beynəlxalq mükafatına layiq görülüb. Allsport.az saytı xəbər verir ki, nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.
Mükafatı əməliyyat komitəsinin direktor müavini Joana Qolas qəbul edib. Xatırladaq ki, 2016-cı ildə Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkə iştirak edib. Bu göstərici FİDE tarixində yeni rekord müəyyənləşdirib.