- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Azərmarka” ənənəyə sadiq qalaraq, əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb. Allsport.az saytı xəbər verir ki, növbəti markalar sentyabrın 2-də Bakıda start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.
Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir. Ötən il “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” seriyasından hazırlanan poçt markası İtaliyada yayımlanan “L’arte del Francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilmişdi.