Bakı Şahmat Olimpiadasının təşkilat komitəsinin sədri Yaqub Eyyubov “Büllur saray”da

Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasının 4-cü turu keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın gedişində təşkilat komitəsinin sədri, baş nazirin 1-ci müavini Yaqub Eyyubov “Büllur saray” gələrək, şətrənc ustalarının oyunlarını izləyib.

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının oyunlarını izləyən Yaqub Eyyubov şahmatçılara uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Həmin kateqoriyadan