- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Noyabrın 5-i paytaxtda Beynəlxalq cüdo federasiyasının yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasının 1-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, komissiyanın prezidenti Rəşad Nəbiyev iştirakçıları salamlayaraq, texnologiyaların idmanın bütün sahələrinin inkişafında mühüm rol oynadığını bildiriv: “Cüdoda yeni texnologiyalar tətbiq edildikcə, görürük ki cüdoçular, hakimlər və tədbir təşkilatçıları üçün imkanlar daha da genişlənir”.
“İdmançıların performansını dəqiq ölçmək və artırmaq üçün yeni texnologiyaların tətbiqi vacib amildir. 360 dərəcə kameraların tətbiq olunması hakimlərin qərarlarının şəffaflığını təmin edir və bundan sonra da cüdoda yeni texnologiyaların tətbiqi həyata keçiriləcək”, – deyə, o qeyd edib.
Sonra isə BCF-in komandası Saso Sindik və Simon Mares tərəfindən İT Həlləri ilə bağlı təqdimat keçirilib və komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, iclasda BCF-in baş direktoru Vlad Marinesku, maliyyə direktoru İgor Kun, Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq komissiyasının direktoru David Kevkhishvili, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu da iştirak ediblər.
Xatırladaq ki, Rəşad Nəbiyev cari ilin aprel ayında Yeni texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri seçilib. Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda, cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.