- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

FİDE-nin təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, 4 ölkədən 50-dən çox referinin iştirak etdiyi toplantıda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları, o cümlədən, ümumdünya şahmat olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq.
Seminarın açılış günündə AŞF-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edərək hakimlərə uğurlar arzu edib. Qeyd edək ki, toplantını şahmat federasiyasının 1-ci vitse-prezidenti, bir çox mötəbər çempionatlarda, olimpiadada baş hakim olan Faiq Həsənov, eləcə də Kanadadan ölkəmizə səfər edən beynəlxalq hakim Vadim Çıpin idarə edirlər.