- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub. Allsport.az saytı xəbər verir ki, o, finalda həmyerlisi Pyotr Svidlerə ilk 2 partiyada uduzsa da, sonradan dönüş yarada bilib. 4 klassik görüşdən sonra hesab bərabər olduğu üçün (2:2), oktyabrın 5-də hər 2 qrossmeyster mübarizəni tay-brekdə davam etdirib.
Rəqiblər tay-brekdə hərəyə bir dəfə qələbə qazandığından 25+10 vaxt nəzarəti rejimində iki oyun keçirməli olublar. Bu qarşılaşmalarda da qalib müəyyənləşməyib – 1:1. Qalibi müəyyən etmək üçün 10+10 vaxtda rəqiblər hərəyə bir dəfə fərqləniblər. Qalib 5+3 vaxt nəzarəti rejimində oynanılan görüşlərdə müəyyən edilib. Hər iki matçı qələbə ilə başa vuran Sergey Karyagin, Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi adını qazanıb.
Mükafat fondu 1,6 milyon dollar olan yarışın qalibi 96 min qazanıb. Reqlamentə əsasən, finalçılar dünya çempionluğuna iddiaçıların turnirində mübarizə aparmaq imkanına yiyələniblər.