- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Bakı”dan ayrılan sloveniyalı futbolçu Yure Travner özünə yeni iş yeri tapıb. Allsport.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi karyerasını İngiltərə çempionatında davam etdirəcək.
Belə ki, bir müddət öncə paytaxt təmsilçisindən gizlincə qaçaraq, “Ridinq”in düşərgəsində baxışda olan Travner artıq bu klubla rəsmi müqavilə bağlayıb. Onun İngiltərə 1-ci divizionu sayılan Çempionşip təmsilçisi ilə neçə illik razılaşdığı açıqlanmır.
Qeyd edək ki, Travner ötən ilin iyul ayında “Bakı”ya keçmişdi. Amma bu mövsüm paytaxt klubundakı maliyyə problemləri digər futbolçular kimi, onun da Azərbaycandan ayrılması ilə nəticələnmişdi.