Balaca Hilayın böyük iddiası

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışında Gəncə şəhərlərindən, Naftalan, Göygöl, Tovuz və Qazax rayonlarından ümumilikdə 120 uşaq, yeniyetmə və gənc ustad dərsi keçdi.

Allsport.az saytı xəbər verir ki, onlardan biri 9 yaşlı Hilal Həbibli idi. O, kiçik yaşlılar arasında yarışlarda çox fərqlənib. Balaca qızın iddiası böyükdür. Cüdo ilə yanaşı, üzgüçülük, güləş, rəqs və gimnastika ilə də məşğul olur. Onlar idmançı ailəsidir.

12 yaşlı Dəniz Həbibli (+63 kq) bu il Hövsanda “Xilsaedici” idman-sağlamlıq mərkəzində keçirilən U-15 kiçik yaşlı yeniyetmələrin Azərbaycan birinciliyində 3-cü yer tutub.

Qızların atası Samir Həbibli güləş üzrə milli dərəcəli hakimdir. Onlar Gəncəni təmsil edirlər.

Həmin kateqoriyadan