- Baxış sayı: 22
- 27 Mart 2026 16:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İcarə əsasında “Barselona”da çıxış edən Markus Rəşford yayda “Mançester Yunayted”ə qayıda bilər.
Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı hücumçunun qiymətini aşağı salmaq niyyətində deyillər. İngiltərə klubu hesab edir ki, Rəşfordun la liqadakı uğurlu oyunu onun bazar dəyərini artırıb və satışdan daha çox gəlir əldə etmək mümkündür. “Barselona” ingiltərəli forvardı birdəfəlik transfer etmək istəsə də, tələb olunan 30 milyon avronu toplamaqda çətinlik çəkir. Əgər tərəflər razılığa gəlməsə, Markus karyerasını premyer liqada davam etdirəcək.
2025-ci ilin iyulundan Kataloniya klubunda icarədə olan Rəşford bu mövsüm İspaniya çempionatında keçirdiyi 24 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.