“Barselona”nın yeni hədəfi

“Barselona” “Ayaks”ın 20 yaşlı belçikalı futbolçusu Mika Qodtsu yaxından izləyir.

Allsport.az xəbər verir ki, gənc hücumçu cari mövsümdə nümayiş etdirdiyi 10 qol və 9 məhsuldar ötürməlik performansı ilə İspaniya nəhənginin transfer siyahısına düşüb.

Sürəti və texnikası ilə seçilən Qodts üçün “Barselona” ilə yanaşı “Arsenal”, “Roma” və “Napoli” kimi klublar da mübarizə aparır.

Hazırda “Ayaks” istedadlı oyunçusunu təxminən 15 milyon avro dəyərində qiymətləndirir. Kataloniyalılar artıq oyunçunun inkişafını yerində izləmək üçün Amsterdama skautlar göndəriblər.

Həmin kateqoriyadan