“Barselona”ya keçidi baş tutmaya bilər

“Barselona”nın yay transfer pəncərəsində “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq planı maliyyə maneələri səbəbindən sual altındadır.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi transfer üçün tələb olunan yüksək məbləğlə yanaşı, həm də Robert Levandovski və Mark-Andre ter Stegen kimi bahalı oyunçuların maaş yükündən xilas olmalıdır.

Argentinalı forvardın “Barsa”ya keçmək istədiyi bildirilsə də, Madrid klubunun onun müqaviləsini yeniləməyə yaxın olduğu qeyd edilir.

Hazırda maliyyə feyr-pley qaydaları ilə mübarizə aparan “Barselona” üçün bu transferin reallaşması qeyri-mümkün hesab olunur. Bununla belə, Alvares hələ də klubun yay üçün əsas hədəfləri siyahısında qalmaqdadır.

Həmin kateqoriyadan