Baş idarədən gənc cüdo hakimlərinə dərəcə kitabçaları

Bakı şəhər gənclər və idman baş idarəsində cüdo federasiyasının 13 nəfər gənc hakiminə 1-ci dərəcə kitabçaları təqdim olunub. Allsport.az saytı xəbər verir ki, tədbirdə BGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək, ölkəmizdə idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb:

“Bakı şəhər gənclər və idman baş idarəsi ilə cüdo federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da bu idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir”.

Sonra ACF-in baş katibi Elmar Babanlı çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürünü bildirib. Dərəcə alan hakimlərə gələcək karyeralarında uğurlar arzulayıb və onların arasında irəlidəki illərdə beynəlxalq dərəcə alaraq ölkəmizi olimpiya oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı hakimlərin olduğuna inamını ifadə edib.

Həmin kateqoriyadan