Baş nazirlə görüş

Allsport.az xəbər verir ki, Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan beynəlxalq kanoe federasiyasının prezidenti Tomas Konietzkonu və Avropa kanoe assosiasiyasının prezidenti Jan Zunqrananı qəbul edib.

Görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan kanoe və avarçəkmə federasiyası ilə Avropa kanoe assosiasiyası arasında imzalanacaq anlaşmanın əhəmiyyəti vurğulanıb.

Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.

Həmin kateqoriyadan