Basketbolda ağır itki

Sovet basketbolunun əfsanəsi, ikiqat olimpiya çempionu Ulyana Semyonova 8 yanvarda 73 yaşında vəfat edib. Allsport.az xəbər verir ki, karyerası boyunca əfsanəvi uğurlara imza atan Semyonova həmçinin üçqat dünya və onqat Avropa çempionu titullarını daşıyırdı.

Boyu (213 sm) və rəqib səbəti altındakı mütləq üstünlüyü ilə tanınan idmançı, 1993-cü ildə dünya basketbolunun, 1999-cu ildə qadın basketbolunun və 2007-ci ildə FİBA-nın “Şöhrət zalı”na daxil edilən ilk avropalı qadın basketbolçu kimi tarixə düşmüşdü.

Həmin kateqoriyadan