- Baxış sayı: 16
- 16 Yanvar 2026 17:20
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT Youth Contender” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub.
Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb. Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Yarışın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.