- Baxış sayı: 45
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Bavariya” qapıçısı Manuel Noyerlə müqavilənin uzadılması məsələsini təxirə salmaq qərarına gəlib.
Allsport.az xəbər verir ki, Münhen təmsilçisi 38 yaşlı qolkiperin gələcəyi ilə bağlı qərarı bu ilin sonuna qədər verməyi planlaşdırırdı. Lakin indi klub Noyerlə müqavilənin uzadılması məsələsini təxirə sala bilər.
“Bavariya” rəhbərliyi yekun qərar verməzdən əvvəl Noyerin çıxışını izləmək istəyir.
Noyerin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.