“Bavariya”nın futbolçusu zədələnib

“Bavariya” ağır itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, Münxen təmsilçisinin yarımmüdafiəçisi Aleksandar Pavloviç sıradan çıxıb.

21 yaşlı futbolçu bud nahiyəsindəki zədə səbəbindən Almaniya millisinin toplanışını və çempionlar liqasının oyunlarını buraxmaq təhlükəsi ilə üzləşib.

Pavloviç cari mövsüm 35 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan