- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

“Sabah” konfrans liqasının 3-cü təsnifatının cavab oyununda Serbiyada “Partizan”a 0:2 yenilib.
Allsport.az saytı xəbər verir ki, bu komandalar arasında ilk matç Azərbaycan klubunun 2:0 qələbəsi ilə bitdiyindən, cütün qalibinin müəyyənləşməsi üçün əlavə vaxta ehtiyac olub. Lakin bu müddət ərzində qapılara qol vurulmayıb.
Matç 11-metrlik sıralama ilə davam edib. Penaltilərdə meydan sahibləri daha dəqiq olublar – 5:4. Beləliklə, “Sabah” avrokubokla vidalaşıb.