- Baxış sayı: 38
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində yeniyetmələrin qış olimpiya oyunlarına hazırlıqları sona çatır.
Allsport.az xəbər verir ki, yanvar 8-i nümayəndə heyəti İsveçrəyə yollanacaq. Olimpiadada ilk dəfə iştirak edəcək Azərbaycanı fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcəkdir.
Yanvarın 9-u açılışda Azərbaycanın bayraqdarı Yekaterina Ryabova olacaqdır. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov da səfərdə olacaq.
Olimpiadada 79 ölkədən 1872 idmançının iştirak edəcəyi gözlənilir.