BDU-nun 95 illiyinə şahmat turniri keçirilir

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə universitetin 95 illiyinə həsr olunmuş idman dərəcəli tələbələr arasında şahmat turnirin açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimdə THİK-in sədri və komitə əməkdaşları, İdman klubunun müdiri dos. Akif Atakişiyev, klubun məşqçiləri və şahmat üzrə BDU-nun idman dərəcəli tələbələri iştirak ediblər.

“Bu gün start götürəcək bu turnir tələbələrimiz üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. BDU tələbələrinin də bu idman növündə bacarıqlarını nümayiş etdirməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə Daşqın Qənbərov bildirib.

Qeyd edək ki, BDU-nun 95 illik yubileyinə həsr olunmuş turnir bir həftə davam edəcək. Sonda tələbələr BDU THİK tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Həmin kateqoriyadan