“Belə oynamağa davam etmək olmaz”

Azərbaycan premyer liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Berdıyev mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Berdıyev komandasının oyunundan razı qalmayıb: 

“Oyunun əvvəlini çıxmaq şərti ilə onu deyə bilərəm ki, mövsüm ərzində ən zəif oyunumuzu oynadıq. Allaha şükürlər olsun ki, qələbə qazana bildik. Futbolçulara da bildirdim ki, bu oyundan nəticə çıxarmalıyıq. Çünki belə oynamağa davam etmək olmaz”.

Həmin kateqoriyadan