- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan – İspaniya oyunu öncəsi qadın voleybol millinin yeni baş məşqçisi Covanni Kaprara açıqlama verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis Qızıl avropa liqasında umuni durumu belə dəyərləndirib:
“İlk oyunumuz Belarusla oldu. Bu, Azərbaycan komandasında 1-ci oyunum idi. Qızlar yaxşı çıxış etdilər. Düzdür, ilk hissədə çox səhvlər etdilər, amma ümumilikdə, qızlardan razı qaldım. Belarusla oyunda edilən səhvləri növbəti görüşlərdə təkrarlamamaq lazımdır.
Qrupda növbəti oyunumuz ispanlarla olacaq. Bu oyuna Anastasiya Qurbanovada 14-lükdə yeralıb. Oyun əsasında ona da fürsət veriləcək. Doğrusu İspaniya komandasının oyunu haqqında çox məlumatım yoxdur. Ən önəmlisi biz öz oyunumuzu yaxşı oynamalıyıq. Top qəbulunda və müdafiədən sonra yaxşı və səhvsiz oynamalıyıq. O zaman qələbə qazanmaq daha rahat olacaq”.