- Baxış sayı: 65
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Belçikanın Vise şəhərində keçirilən beynəlxalq Belçika açıq cüdo turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə kişilər arasında 4 çəki dərəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
60 kq çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kq çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
+100 kq çəkidə İmran Yusifov gümüş medal qazanıb. Camal Həmzətxanov və Camal Feyziyev isə 5-ci yerdə qərarlaşıb.