- Baxış sayı: 37
- 11 Mart 2026 16:23
- Baxış sayı: 89
- Mart 11, 2026
- 0

“Atletiko” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda “Tottenhem”i darmadağın edib.
Allsport.az xəbər verir ki, “Riyad Eyr Metropolitano” stadionunda baş tutan görüş Madrid təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün çempionlar liqası karyerasında 64-cü uğur olub. Bununla da Simeone qələbə sayına görə Rafael Benites və Lui van Qalı geridə qoyub.
Turnir tarixinə ən çox qələbə qazanan məşqçilərin siyahısında ilk beşlikdə Joze Mourinyo (87), Arsen Venger (103), Aleks Ferqyuson (115), Pep Qvardiola (120) və Karlo Ançelotti (129) yer alıb.