Beynəlxalq cüdo federasiyası: Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir!

Beynəlxalq cüdo federasiyasının sabah Təl-Əvivdə start götürəcək “Böyük dəbilqə”yə həsr etdiyi “Emosional təhsilimizin səxavəti” adlı məqaləsində, kişilərdən ibarət millinin kapitanı Rüstəm Orucov haqqında fikirlər də yer alıb.

Allsport.az saytı xəbər verir ki, məqalənin müəllifi Co Krouli bunu qeyd edib: “Rüstəm son dərəcə peşəkar, yarış zamanı şübhələrini və mübarizələrini həmişə nəzarət altında saxlaya bilən idmançıdır. O, yalnız qalib gələrkən üz cizgilərində məmnuniyyət hissini açıq şəkildə görmək olur”.

Orucov çox alicənab bir şəxsdir, qalibiyyət hisslərini bölüşmək istədiyi zaman kimsə uğursuzluqla qarşılaşdığı halda hadisə yerində hamıdan əvvəl məhz özü olmaq istəyir. Bu, bir daha sübut edir ki, o, cüdonun vacib dəyərlərindən biri olan “Jita-Kyoei” prinsipinə sadiqdir və bu da öz növbəsində digər gənc idmançılar üçün örnəkdir”.

Rüstəmin cüdo dəyərlərinin səfiri kimi qeyd edilməlidir. Orucov hər zaman özünü əsl peşəkar kimi idarə edə bilən və ətrafındakı hər kəsin qayğısına qalmağı çox yaxşı bacaran, eyni zamanda sözün əsl mənasında emosiyalarını idarə edə bilən nəhəng idmançıdır”.

Məqalə müəllifi Rüstəm haqqında fikirlərini “Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir!” cümləsi ilə yekunlaşdırır.

Jita-Kyoei – cüdonun yaradıcısı Ciqaro Kanonun tədris zamanı əsas tutduğu prinsiplərdən biridir. Bu prinsip özündə harmoniya və əməkdaşlığı ehtiva edir, özü və digərləri üçün qarşılıqlı faydanı nəzərdə tutur.

Həmin kateqoriyadan