Beynəlxalq cüdo federasiyasının hakimlər üzrə baş direktoru bizim referilərə və məşqçilərə seminar keçir

Bu gün paytaxtda Beynəlxalq cüdo federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə referilər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. Allsport.az saytı xəbər verir ki, 30 noyabra qədər davam edəcək məşğələdə ACF-in hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

Həmin kateqoriyadan