Beynəlxalq cüdo federasiyasının məşqçi proqramının iştirakçıları ilk hissənin imtahanından keçiblər

Beynəlxalq cüdo federasiyasının akademiyasının məşqçilər üçün sertifikat proqramının ilk hissəsi yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, təlimin 1-ci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib. Hər bir məşqçiyə Beynəlxalq olimpiya komitəsinin iştirakçı sertifikatı təqdim olunub. Bu gündən etibarən proqramın 2-ci hissəsi başlayıb, növbəti imtahan isə fevralın 17-18-si baş tutacaq.

Azərbaycan cüdo federasiyasının adı çəkilən akademiya ilə ötən ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, proqram rəhbəri Dr. Tibor Kozsla, idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.

Həmin kateqoriyadan