Beynəlxalq Cüdo Federasiyasının rəhbəri millinin təlim-məşq bazası ilə tanış olub

Bu gün İJF prezidenti Marius Vizer Bakı olimpiya stadionunda yerləşən cüdo üzrə milli komandaların təlim-məşq bazasına gəlib. Allsport.az saytı xəbər verir ki, o, Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. Qonağa yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib.

IJF-nin prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.

Həmin kateqoriyadan