Paytaxtda beynəlxalq şahmat festivalı başlayır

Allsport.az xəbər verir ki, Bakıda “Büllur” sarayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə “Bakı-open 2023” beynəlxalq şahmat festivalına start veriləcək. Tədbirdə 3 qrupda (“A”, “B” və “C”) mübarizə olacaq. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib.

Onlar arasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FİDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FİDE reytinqinə sahibdir.

Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcək.

Beynəlxalq şahmat festivalı ilə yanaşı həm də veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunacaq. BŞF-nin ümumi mükafat fondu 55 min dolları təşkil edir. Yarışın “A” qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq.

Festivalın “C” turnirində hər yaş qrupunda (U-8, U-10, U-12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.

Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. “Bakı open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi mayın 5-də keçiriləcək

Həmin kateqoriyadan