- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Yunanıstanın Xalkidiki şəhərində 8-18 yaşadək oğlan və qız şahmatçılar arasında dünya birinciliyi keçirilir. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən yarışda 92 ölkədən 1594 şahmatçı, o cümlədən 15 Azərbaycanlı iştirak edir.
5 turdan sonra bizimkilərdənən yaxşı nəticəni ustalığa namizəd Məhəmməd Muradlı göstərir. O, 12 yaşadək şahmatçılar arasında açıq çempionatda 4,5 xal toplayıb.
Bu altqrupda özbəkistanlı FIDE ustası Nodirbek Abdusattarov 5 xalla liderlik edir. Gövhər Beydullayeva, Xanım Balacayeva və Read Səmədov 4 xal, Ayan Allahverdiyeva və Səmra Qasımova 3,5 xal toplayıblar.