- Baxış sayı: 67
- 06 Mart 2026 19:56
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şuşa” – “Energetik” matçının 48-ci dəqiqəsində “Energetik”in futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Lokomotiv” – “Mil-Muğan” matçının 33-cü dəqiqəsində “Lokomotiv”in futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.