- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa liqasının “G” qrupunda yer alan “Qarabağ” klubu uğurlu çıxış edəcəyi halda, öz büdcəsi yenə artıra bilər. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə mübarizə aparacaq. Qrupun matçları bu tarixlərdə keçiriləcək:
1-ci tur: 8 sentyabr. 23:00. “Frayburq” – “Qarabağ”
2-ci tur: 15 sentyabr. 20:45. “Qarabağ” – “Nant”
3-cü tur: 6 oktyabr. 23:00. “Olimpiakos” – “Qarabağ”
4-cü tur: 13 oktyabr. 20:45. “Qarabağ” – “Olimpiakos”
5-ci tur: 27 oktyabr. 23:00. “Nant” – “Qarabağ”
6-cı tur: 3 noyabr. 20:45. “Qarabağ” – “Frayburq
Bu ilin iyulunda UEFA avrokubokların mükafat fondunu təsdiq edib. Buna əsasən, AL-in qruplarında oynayacaq 32 klubun hər birinə 3 milyon 630 min avro mükafat veriləcək. Hər qələbəyə görə 630 min, heç-heçəyə görə 210 min avro mükafat nəzərdə tutulub. Üstəlik, bəzi məqamlarda qazanc yüksələ bilər:
– Qrupun qalibi olduğuna görə – 1 milyon 100 min avro
– Qrupun ikincisi olduğuna görə – 550 min avro
– Pley-ofdan 1/8 finala çıxdığına görə – 1,2 milyon avro
– 1/4 finala çıxdığına görə – 1,8 milyon avro
– 1/2 finala çıxdığına görə – 2,8 milyon avro
– Finala çıxdığına görə – 4,6 milyon avro
– Liqanın qalibi olduğuna görə – 4 milyon avro
Beləliklə, “Köhlən atlar” bu mövsüm çempionlar liqasının pley-ofunda çıxış etdiyi üçün 5 milyon avro, Avropa liqasının qrupuna vəsiqə qazandığına görə, 3 milyon 630 min avro mükafatı təmin edib.
Xatırladaq ki, komandamız yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.