Bizimkilər “Norveç şahmatı”nda

Bu gün Norveçin Stavanger şəhərində beynəlxalq şahmat turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, norveçli dünya çempionu Maqnus Karlsen, onun həmyerlisi Aryan Tari,  macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov, və çinli Van Hao mübarizə aparacaqlar. 

Yarışdan əvvəl şahmatçıların ardıcıllığını müəyyənləşdirmək üçün püşk əvəzinə blits turnir təşkil olunub. Yekun nəticədə Şəhriyar Məmmədyarov 5 xalla 5-ci, Teymur Rəcəbov isə 3 xalla 10-cu olub.
 Sıra nömrəsinə əsasən ilk turda aşağıdakı partiyalar baş tutacaq:

Şəhriyar Məmmədyarov-Ayran Tari
Uesli So — Teymur Rəcəbov
Aniş Giri — Veselin Topalov
Vişvanatan Anand- Maksim Vaşye Laqrav
Maqnus Karlsen — Van Xao

Norveç şahmat yarışı turniri 31 may – 10 iyunda keçiriləcək. Reqlamentə əsasən qələbəyə görə şahmatçılara 3 xal veriləcək. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi «armageddon»da müəyyənləşdirəcək. Bu halda qələbəyə 1.5, məğlubiyyətə görə 1 xal qeydə alınacaq.

Həmin kateqoriyadan