BMX üzrə ölkə çempionatı

Sentyabrın 9-da Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakıda yerləşən veloparkda qrup yarışında (1 dairə) mübarizə olacaq. Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyənləşəcək.

Ölkə çempionatının keçirilməsində məqsəd bu növün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, regionlarda əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish