Kriterium üzrə ölkə kubokunun 2-ci mərhələsində kimlər 1-ci oldu?

Şose velosipedinin kriterium növü üzrə Azərbaycan kubokunun II mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, Lənkəranda start və finiş yeri Bayraq meydanının yaxınlığında olan Heydər Əliyev prospekti olub.

2010-2011-ci il təvəllüdlü oğlanlarda Timur Rəcəbov (ROEQİUGVM, 09:07:32) bütün rəqiblərini qabaqlayıb.

2009-cu il təvəllüdlülərdə Çingiz İsayev (ROEQİUGVM, 16:30:78) qızıl medal qazanıb.

2006-2008-ci il təvəllüdlülərdə Tural İsrafilov (ROEQİUGVM, 14:05:75) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin kateqoriyadan