100-llik yubileyə veloyürüş

Allsport.az xəbər verir ki, aprelin 23-də Azərbaycan velosiped federasiyasının (AVF) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib.

30 nəfərdən çox Vətən müharibəsi iştirakçıları və qazilərin qatıldığı veloyürüşə dənizkənarı milli parkın ərazisində yerləşən “Dəniz mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından start verilib.

İştirakçılar dənizkənarı milli parkın ərazisi ilə hərəkət edərək su idmanı sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vurublar.

Veloyürüşün keçirilməsində məqsəd hər zaman idmana və sağlam həyat tərzinə xüsusi önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.

Həmin kateqoriyadan