Bakı kubokunun qalibləri müəyyənləşib

Allsport.az xəbər verir ki, mayın 4-6-da trek velosipedinin omnium növü üzrə Bakı yarışı keçirilib.

Respublika velotrekində baş tutan yarışda Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.

Ümumilikdə 37 velosipedçi ilk yarış günündə skreç və tempo növləri, 2-ci yarış günündə isə çıxmaqla və xallar üzrə qrup ötüşmələrində mübarizə aparıblar.

Omnium yarışının qaydalarına görə, nəticələr bütün növlər üzrə xalların cəminə əsasən müəyyənləşdirilib.

Beynəlxalq velosipedçilər ittifaqının (BVİ) mövcud qaydalarına əsasən təşkil edilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Yusif İsmayılov (ROEQİUGVM, 55 xal) bütün rəqiblərindən üstün olaraq 1-ci, Ömər Musayev (ROEQİUGVM, 54 xal) 2-ci, Baratəli Səlimzadə (ROEQİUGVM, 53 xal) 3-cü, yerə layiq görülüblər.

Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 113 xal) hamıdan çox xal toplayaraq qızıl, Rəvan Tahirov (ROEQİUGVM, 76 xal) gümüş, Maksim Trendelyov (“Təhsil ” RİM, 43 xal) bürünc medal qazanıb.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 81 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 66 xal) 2-ci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 44 xal) 3-cü, yerlə kifayətləniblər.

Həmin kateqoriyadan