Kriterium üzrə ölkə kubokuna son

Şose velosipedinin kriterium növü üzrə Azərbaycan kubokuna yekun vurulub. Lənkəranda baş tutan II mərhələdə qaydalarına əsasən dairəvi hərəkət edilib. Şəhidlər xiyabanının qarşısından start götürərək, Səttərxan, Hacı Zeynalabdin Tağıyev və Zərifə Əliyeva küçələrindən keçməklə 10 dairə (5 ara finiş) vurulub. Ümumilikdə 30 km məsafə qət olunub.

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, 2009-cu il təvəllüdlü oğlanlar arasında Nihad Xuduyev (ROEQİUGVM, 28 xal) 1-ci yer tutub.

2006-2008-də il təvəllüdlülərdə Tural İsrafilov (ROEQİUGVM, 30 xal) rəqiblərini qabaqlayıb. Bu yarışdan sonra iki mərhələnin nəticələrinin cəminə görə Azərbaycan kubokunun qalibləri də müəyyənləşib. 

Belə ki, 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 23 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. .

2009-cu il təvəllüdlülərdə Nihad Xuduyev (ROEQİUGVM, 33 xal) qızıl medal qazanıb. 2006-2008-ci il təvəllüdlülərdə Tural İsrafilov (ROEQİUGVM, 33 xal) hamıdan çox xal toplayıb.

Həmin kateqoriyadan