- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Bu gün velosiped idmanının şose növündə çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib.
Allsport.az xəbər verir ki, yarışın 1-ci mərhələsində idmançılar Qubada yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.
Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.