Elçin Əsədov karyerasını bitirdi

Milli komandanın aparıcı velosipedçisi Elçin Əsədov karyerasını bitirdiyini elan edib. Allsport.az saytı xəbər verir ki, Bakı-2015 ilk Avropa oyunlarının və Tokio-2020 yay olimpiya oyunlarının iştirakçısı öz sosial hesabında bunu yazıb:

“Velosiped, hər şey üçün təşəkkür. Ve son… Ailəmə, dostlarıma, məşqçilərimə, mənə dəstək olan və karyeramı mümkün edən hər kəsə təşəkkür edirəm.

İdman insanları birləşdirir və şükürlər olsun ki, o qədər gözəl insanlar və ölkələr tanıdım, yarış üçün darıxacağam, amma velosiped sürməyi sevməyə davam edəcəyəm”.

36 yaşlı idmançı ötən il Konya-2021 İslam həmrəyliyi oyunlarında 7-ci yer tutub. O, qitələrarası klubların heyətində müxtəlif mərhələ yarışlarının qalibi və mükafatçısı olub.

Həmin kateqoriyadan