Boksçu Nurlan Səfərov olimpiya oyunlarında 3-cü yer tutub

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında növbəti medal sədası boksçumuzdan gəlib. Allsport.az saytı xəbər verir ki, Nurlan Səfərov (60 kq) bürünc mükafat uğrunda görüşdə misirli Marvanü Mamdu Məhəmmədə qalib gəlib. Digər təmsilçimiz Nicat Həsənov (69 kq) 3-cü yer üçün döyüşdə özbəkistanlı Cahangir Rəhmonova uduzub.

Hazırda Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş və 3 bürünc medal var. İlk qızıl medalı Vüqar Talıbov (66 kq) qazanıb. Digər çempionluğu sərbəst güləşçimiz Turan Bayramov (65 kq) yaşayıb. Ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) 3-cü yer tutublar.

Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışlarında qazandığı qızıl medal qarışıq yığmaların hesabına yazılıb.

Həmin kateqoriyadan