- Baxış sayı: 41
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Paris-2024-də boks yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) bu gün 1/4 finalda Aybəy Oralbəyla (Qazaxıstan) qarşılaşıb. Tokio-2020-nin bürünc medalçısı rəqibinə 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) qalib gəlib.
Ardıcıl 2-ci qələbəsini qazanan rinq ustamız, ən azı, bürünc medalı özünə təmin edib. O, finala vəsiqə uğrunda Enmanuel Reyes Pla (İspaniya) ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də olacaq.
1/4 finala yüksələn digər boksçumuz Murad Allahverdiyev (80 kq) sabah rinqə çıxacaq.