- Baxış sayı: 277
- 26 Mart 2026 11:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Milli gimnastika arenasının məşq zalında bu dəfə Sumqayıt və Şəmkir bədii gimnastları məşqlərə cəlb olunublar. Allsport.az saytı xəbər verir ki, 9 gimnastın iştirakı ilə keçirilən təlim-məşqlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir.
Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir. Sumqayıt olimpiya kompleksində 2011-ci, Şəmkir gənclər evində isə 2019-cu ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.